Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 13:24
UEFA Çempionlar Liqasınnın V turu çərçivəsində E, F, G və H qruplarında daha altı görüş keçirilib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması hesab edilən "Çelsi" - "Yuventus" matçı ingilislərin tam üstünlüyü ilə keçib. "Zadəganlar" italyanların qapısından 4 cavabsız qol keçirərək Turindəki 1:0-lıq məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıblar. Həmçinin, Tüxelin yetirmələri qrupda liderliyi ələ alaraq, "Yuve" ilə bərabər növbəti mərhələyə vəsiqəni təmin ediblər.
Qeyd edək ki, "Yuventus" və "Çelsi" ilə yanaşı "Mançester Yunayted", "Bayern", "Liverpul" və "Ayaks" klubları da pley-offa vaxtından əvvəl adlayıb.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, V tur
23 noyabr
E qrupu
"Dinamo" (Ukrayna) - "Bayern" (Almaniya) 1:2
"Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya) 0:0
F qrupu
"Vilyareal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) 0:2
"Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya) 3:3
G qrupu
"Lill" (Fransa) - "Zalsburq" (Avstriya) 1:0
"Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya) 2:0
H qrupu
"Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya) 4:0
"Malmö" (İsveç) - "Zenit" (Rusiya) 1:1