Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 22:58
Gündəlik 30-50 dollar arasında xərclə gəzib-dolaşmaq üçün dünyanın ən ucuz 10 ölkəsinin adı açıqlanıb. Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, Freebirds jurnalı, Türkiyəni 2022-ci ildə Avropadakə 3 ən ucuz ölkədən biri olaraq göstərib.
Türkiyəni Asiya ilə Avropa arasında bir yer kimi tanıdan "Freebirds" jurnalı yazıb:
"Bu ölkə, ecazkar tarixi binaları ilə məşhurdur. Çoxəsrlik Bizans və Osmanlı mədəniyyətini göstərir. Türkiyədə kəşf etmək üçün çox maraqlı yerlər tapacaqsınız. Qədim xarabalıqlardan, ləzzətli yerli yeməklərdən gözəl çimərliklərə qədər. Həmçinin, Kapadokya romantik bir qaçış üçün mükəmməl yerdir. İsti hava şarları turistləri Türkiyənin gözəlliklərini dadmağa gətirir. Göydən Kapadokiyanın möhtəşəm mənzərəsi ürəyinizi isidəcək. Səyahət etmək üçün ən ucuz ölkələr siyahısında bu ölkəni qaçırmaq olmaz".
Bu sırada gündəlik 30-60 dollarla Rumıniya, 20-40 dollarla Gürcüstan da yer tutur. Freebirds jurnalının bələdçisində digər ölkələr belədir:
Asiyada: İndoneziya 25-50 dollar
Vyetnam 25-45 dollar
Pakistan 20-70 dollar
Latın Amerikasında: Meksika 40-60 dollar
Boliviya 25-45 dollar
Afrikada: Mərakeş 40-60 dollar
Misir 30-70 dollar
Türkiyəni 2021-ci ilin ən ucuz turizm ölkələrindən biri kimi qeyd edən başqa bir sayt olan skyscanner.net də 9 ən ucuz gecələmə yeri bələdçisinə daxil olan Türkiyə üçün gecəsi 44 lirəyə yaxşı oteldə qalmağın mümkün olduğunu bildirib. Digər 8 ölkənin bir gecəlik qiymətləri aşağıdakı kimi göstərilib:
Nikaraqua - 61 funt sterlinq
Belarusiya - 29 funt sterlinq
Boliviya - 29 funt sterlinq
Honduras - 21 funt sterlinq
Vyetnam - 18 funt sterlinq
Laos - 12 funt sterlinq
Kamboca - 11 funt sterlinq
Nepal - 5 funt sterlinq.