Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2021 03:35
Tanınmış reper ProMete-nin ( Pərviz İsaqov) anasının xəsarət aldığı ərazinin görüntüləri yayılıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi anasının ayağına düşən ağacın yerini və onun xəstəxanaya aparıldığı anların videosunu "Təsir dairəsi" verilişinə təqdim edib.
Sözügedən proqramda qonaq olan Pərviz ağacın illərlə içinin oyulduğunu, yalnız qabığının qaldığını bildirib.
Qeyd edək ki, reperin anasının üzərinə ağac noyabrın 10-da güclü külək nəticəsində düşüb. Onun ayağı topuqdan aşağı kəsilib.