Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizdə dörd legioner

Millimizdə dörd legioner

Tarix: 27 Avqust 2019 11:16

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 30-dan sentyabrın 3-dək Bakıda, sentyabrın 4-dən 8-dək isə Maltanın Valleta şəhərində təlim-məşq toplanışı olacaq.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmamız hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.

Toplanışa aşağıda adları qeyd olunan çağırılıb:
 

Rüstam Samiqullin ("Stroqino", Rusiya), Ayhan Arazlı, Nihad Quliyev, Tural Bayramov (hamısı "Qarabağ"), Şahin Mürsəl ("Viedenbrük", Almanya), Nihad Qurbanlı, Turan Vəlizadə, İsmayıl Zülfüqarlı (hamısı "Neftçi"), Murad Məmmədov, Ədilxan Qarəhmədov (hər ikisi "Səbail"), Əmrə Kaplan ("Başakşəhər", Türkiyə), Murad Bağırov ("Sabah"), Xəyal Muradov, Samir Məhərrəmli, İdris İnqılablı, Veysəl Rzayev (hamısı "Qəbələ"), Elnur İbrahimov ("Spartak Akademiya", Rusiya), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə (hər ikisi "Sumqayıt"), Samir Qurbanov ("Viktoriya Jijkov", Çexiya)

 


Etiketlər:  Millimizdə dörd legioner


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ