Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan yığması 0:19 hesabı ilə uduzub

Ermənistan yığması 0:19 hesabı ilə uduzub

Tarix: 26 Noyabr 2021 07:54

Qadın futbolçular arasında DÇ-2023-ün Avropa zonası üzrə seçmə mərhələsində qeyri-adi nəticə qeydə alınıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, buna Ermənistan yığması səbəb olub.

F qrupunda baş tutan görüşdə Belçika millisi erməniləri meydana çıxmağa peşman edib. "Qırmızı iblislər" bu qarşılaşmada 19 cavabsız qol vurublar.

İlk 10 dəqiqədə 4 dəfə qol sevinci yaşana belçikalılar fasiləyədək 11 dəfə rəqib qapısına yol tapıb. İkinci hissədə daha "rəhmli" olan belçikalılar 8 qol da vuraraq hesabı 19:0 edib.

Qeyd edək ki, 5 oyunun hamısında uduzan ermənistanlılar qol vurmasa da, 36 top buraxıb.

Milli.Az


Etiketlər:  Ermənistan yığması 019 hesabı ilə uduzub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ