Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhər yeməyinin faydası

Səhər yeməyinin faydası

Tarix: 28 Noyabr 2021 19:09

Gün səhərdən başladığı kimi, sağlamlıq da səhər yeməyindən başlanır. Səhər yeməyinin faydası böyükdür. Lakin təəssüf ki, ondan imtina edənlər də var. Gün ərzində səhər yeməyindən imtina edilməsinin fəsadları ilə üzləşənlər olsa da, bunun qidalanmamaqla əlaqədar olduğunu bilmirlər.

Sonxeber.net bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: "Səhər yeməyini yeyənlər yeməyənlərlə müqayisədə sutka ərzində daha çox lif, kalsium, A, S vitaminləri, dəmir və sink qəbul etmiş olurlar. Səhər yeməyindən imtina edənlərdə ürək xəstəliyinin əsas risk faktorlarından biri hesab olunan xolesterinin miqdarı artır. Bundan başqa gün ərzində gümrah saxlayır, əhval-ruhiyyəni yüksəldir".

Nəzərə almaq lazımdır ki, ac qalanda qanda şəkərin miqdarının aşağı düşməsi sinir sisteminə mənfi təsir göstərir. Mütəxəssislər hesab edirlər ki, faydalı səhər yeməyi iş qabiliyyətini təxminən 30 faiz artırır, diqqəti və yaddaşı gücləndirir.

"Səhər yeməyi gün ərzində toxluq hissini tənzimləyir. Ona görə də bir stəkan süd istehlak edilməsi və ya qablaşdırılmış halda deyil, təzə çəkilmiş portağal şirəsi içilməsi məsləhət görülür. S vitamini ilə zəngin olduğuna görə qaynadılmış yumurta qəbul edilməsi çox vacibdir. Meyvələrdən daha çox alma, armud və banan yeyilməsi məsləhət görülür",-deyə həkim-diyetoloq AZƏRTAC-a bildirib.

Səhər yuxudan oyanan kimi, ilk növbədə 1 stəkan ilıq su içmək çox xeyirlidir. Bəzən 1 fincan qəhvə və ya çay içib evdən çıxanlar da olur. Lakin onun qəbulu mədənin selikli qişasını qıcıqlandırır və müəyyən müddət sonra qastritin inkişafına səbəb olur.


Etiketlər:  Səhər yeməyinin faydası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ