Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2019 14:40
“Mançester Yunayted”in sabiq hücumçusu Erik Kantona "UEFA Prezident Mükafatı-2019"a layiq görülüb.
Qol.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Bu mükafat yüksək nailliyət, peşəkarlıq və şəxsi keyfiyyətlərə görə verilir.
“Qırmızı şeytanlar”ın əfsanəvi oyunçularından hesab olunan Erik Kantona klubda keçirdiyi oyunlarda 64 qol vurub. İngiltərə təmsilçisinin heyətində 5 dəfə Çempionlar Liqasının qalibi olub.
UEFA Prezidenti Aleksandr Çeferin 53 yaşlı sabiq futbolçu barədə bu sözləri deyib: “O, UEFA mükafatına təkcə oyunçu keyfiyyətlərinə görə yox, həmçinin şəxsi keyfiyyətlərinə görə də layiq görülür”.
Qeyd edək ki, fransalı Erik Kantonaya bu mükafat 29 avqust Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi zamanı təqdim olunacaq.