Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimlər: “Omikron”un təhlükəsi çox şişirdilib”

Həkimlər: “Omikron”un təhlükəsi çox şişirdilib”

Tarix: 29 Noyabr 2021 09:44

Cənubi Afrika Respublikasının Milli Yoluxucu Xəstəliklər İnstitutunun icraçı direktoru Adrian Puren bildirib ki, koronavirusun yeni "omikron" ştammı bəzi ekspertlərin iddia etdikləri qədər təhlükəli deyil.

"Yeni şatm xəstəliyin ağır formalarına səbəb olmur. Odur ki, "Omikron"un təhlükəsi çox şişirdilib", -deyə həkim qeyd edib.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, İngiltərənin baş həkimi Kris Uitti də koronavirusun "delta" ştamını britaniyalılar üçün "omikron"dan daha böyük təhlükə hesab edib.

"Biz həmişə bilirdik ki, vaxtaşırı yeni variantlar ortaya çıxacaq. Lakin biz onunnbarəsində çox şeyi bilmirik və düşünürəm ki, hələ fərziyyələrə uymağa dəyməz", - deyə professor bildirib.


Etiketlər:  Həkimlər Omikronun təhlükəsi çox şişirdilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ