Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiyada lokdaun olmayacaq, amma məhdudiyyətlər mümkündür

Çexiyada lokdaun olmayacaq, amma məhdudiyyətlər mümkündür

Tarix: 29 Noyabr 2021 21:10

Ölkədə epidemioloji vəziyyətin pisləşəcəyi təqdirdə Çexiya hökumətinin bəzi məhdudiyyətlər tətbiq edəcəyi istisna olunmur, lakin ölkənin tam lokdaun vəziyyətində olmasından söhbət getmir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çexiya Nazirlər Kabinetinin mətbuat üçün yaydığı məlumatda deyilir. İzah olunur ki, məhdudiyyətlər, ilk növbədə, insanların böyük qruplar şəklində toplanması qaydasına aid edilə bilər.

Ölkənin siyasi partiyaları, o cümlədən müxalifət lokdauna qarşı çıxış ediblər. Onların əksəriyyəti əhalinin kompleks şəkildə testdən keçirilməsi, xəstəliyə yoluxan şəxslərin təmaslarının izlənilməsi sisteminin təkmilləşdirilməsi, çağrı mərkəzlərinə əlavə işçi qüvvəsinin cəlb edilməsi, xəstəxanaların və klinikaların həddən artıq yüklənməməsi məqsədilə pasiyentlərin vaxtlı-vaxtında bölüşdürülməsi məsələlərinə tərəfdar olduqlarını bildiriblər.

Nazirlər Kabineti hesab edirlər ki, böhran vəziyyətinə çatmamaqdan ötrü bütün qaydalara riayət etmək vacibdir.


Etiketlər:  Çexiyada lokdaun olmayacaq amma məhdudiyyətlər mümkündür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ