Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2021 09:48
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq səyahətlərə tam qadağanın tətbiqinin koronavirusun yayılmasının qarşısını ala bilməyəcəyini bəyan edib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, "hərtərəfli səyahət qadağası koronavirusun beynəlxalq miqyasda yayılmasının qarşısını almayacaq, lakin bu, həyat və dolanışıq vasitələri üçün ağır çətinliklər yaradacaq", - deyə təşkilatdan bildirilib.
Yeni "omikron" ştammının tapılması ilə əlaqədar ÜST ölkələrə risklərin düzgün qiymətləndirilməsi və yalnız sübut olunmuş məlumatlar əsasında səyahət qadağaları tətbiq etməyi məsləhət görüb.