Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Portuqaliya prezidenti ölkədə evtanaziyaya icazə verən qanun layihəsinə veto qoydu

Portuqaliya prezidenti ölkədə evtanaziyaya icazə verən qanun layihəsinə veto qoydu

Tarix: 1 Dekabr 2021 10:26

Portuqaliya prezidenti Marselo Rebelo de Sousa ölkədə evtanaziyaya icazə verən qanun layihəsinə veto qoyub.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının saytında dərc edilmiş bəyanatda deyilir.

Qanun layihəsi noyabrın əvvəlində Respublika Məclisi (birpalatalı parlament) tərəfindən ikinci dəfə təsdiq edilib.

"Respublika Prezidenti evtanaziya və həkimin köməkliyi ilə intiharı ehtiva edən tibbi yardımla ölüm haqqında fərmanı Respublika Məclisinə qaytarmaq qərarına gəlib", - deyə məlumatda bildirilir.

Rebelo di Sousa parlamentdən insanın evtanaziya hüququndan istifadə edə bilməsinin səbəblərini aydınlaşdırmağı xahiş edib. Ehtimal olunur ki, Parlament gələn il yanvarın 30-na təyin edilmiş növbədənkənar seçkilərdən sonra qanun layihəsinə dəyişiklik edilməsi məsələsi ilə məşğul olacaq.


Etiketlər:  Portuqaliya prezidenti ölkədə evtanaziyaya icazə verən qanun layihəsinə veto qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ