Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ürək ağrısı ilə izlədim” - Xanəndədən yazdılar

“Ürək ağrısı ilə izlədim” - Xanəndədən yazdılar

Tarix: 1 Dekabr 2021 11:10

Bir neçə xəstəlikdən əziyyət çəkən, maddi sıxıntılar yaşayan "Lalə" qızlar ansamblının solisti  Elmira Əliyevanın müraciətinə Azərbaycanın tanınan simaları reaksiya verib.

Sonxeber.net Olay-a istinadən xəbər verir ki, əvvəlcə iş xanımı Ruhi Əliyeva sənətçinin evindən hazırlanan reportajı instaqram hesabında paylaşıb. R. Əliyeva mədəniyyət naziri Anar Kərimova müraciət edərək bu sözləri yazıb:

"Elmira xanımla bağlı videonu ürək ağrısı ilə izlədim. Sənətkarımızın yaşadıqları məni çox təsirləndirdi. Dəyərli mədəniyyət nazirimiz Anar Kərimova müraciət edərək sənətçiyə yardım edilməsini, ona xəstəliklə mücadilədə dəstək olunmasını rica edirəm. Ümid edirəm ki, Azərbaycanın sərvəti olan sənət adamlarını hər zaman diqqətində saxlayan Anar müəllim və rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Elmira xanımın da yanında olacaq, ona mənəvi dəstəyini əsirgəməyəcək".

Xalq artisti Röya Ayxan da xanəndəyə dəstək nümayiş etdirib və instaqram hesabında bu sözləri qeyd edib:

"Cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mütləq xəbərsizdir. Bu günə kimi neçə sənətkarlara dəstək olublar. Məlumatları olsa, mütləq yanında olacaqlar. Elmira xanım, məni ağlatdınız".

Qeyd edək ki, bu gün E. Əliyevanın OLAY-da Prezident İlham Əliyev və Birinci Vitse-prezident, Birinci xanım Mehriban Əliyevaya müraciəti yayımlanıb.


Etiketlər:  Ürək ağrısı ilə izlədim Xanəndədən yazdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ