Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya çempionu tanışı ilə bir-birini güllələdi: İkisi də öldü

Dünya çempionu tanışı ilə bir-birini güllələdi: İkisi də öldü

Tarix: 1 Dekabr 2021 11:44

Atletika üzrə dünya çempionu Emmit Kinq Amerikanın Alabama ştatının Bessemerə şəhərində öldürülüb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, mənbənin sözlərinə görə, Kinq tanışı Uilli Uellslə dava edib, nəticədə atışma başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, onlar tapançadan bir-birinə atəş açıblar. 60 yaşlı Uells polis gələnə qədər ölüb, 62 yaşlı Kinq isə daha sonra xəstəxanada keçinib.

1983-cü il Dünya Çempionatında Kinq 4 x 100 metr estafetdə qızıl və 100 metr məsafədə bürünc medal qazanıb. 1984 və 1988 Yay Olimpiya Oyunlarında ABŞ komandasının heyətində olub, lakin yarışlarda çıxış etməyib.


Etiketlər:  Dünya çempionu tanışı ilə birini güllələdi İkisi öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ