Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Tbilisi-Qars dəmir yolu ilə nə qədər yük və sərnişin daşınır?

Bakı-Tbilisi-Qars dəmir yolu ilə nə qədər yük və sərnişin daşınır?

Tarix: 27 Avqust 2019 20:32

Bakı. Sara İsrafilbəyova - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitsilə hər ay təxminən bir milyon ton yük daşınır.

Bu barədə Trend-ə nəqliyyat bazarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, daşımaların həcmi ötən illə müqayisədə artıb və ildən-ilə artacaq.

Qeyd edək ki, ötən ilin oktyabr ayında açılan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Azərbaycan-Gürcüstan-Türkiyə hökumətləri arasında əldə edilən razılaşma əsasında həyata keçirilib. İlkin mərhələdə illik yükdaşıma 6,5 milyon ton, sərnişin daşıma isə bir milyonadək insan səviyyəsində olacaq.

Bakı-Tbilisi-Qars Azərbaycan vasitəsi ilə Çindən Avropaya malların çatdırılmasının müddətini əhəmiyyətli dərəcədə qısaldır. Bu isə marşrutu xüsusilə cəlbedici edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Tbilisi Qars dəmir yolu ilə qədər yük sərnişin daşınır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ