Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərəkətsizlik psixi pozğunluqlara yol aça bilər

Hərəkətsizlik psixi pozğunluqlara yol aça bilər

Tarix: 2 Dekabr 2021 08:56

Avstraliyalı elm adamlarının fikrincə, hərəkətsizlik sadəcə bədən deyil, ruh sağlamlığına da təsir edə bilər.

Uzun müddət eyni vəziyyətdə qalmağın həyəcan və narahatlıq hisslərinə səbəb ola biləcəyi qeyd edilib. Avstraliyanın Deakin Universitesindən olan elm adamlarının araşdırması hərəkətsizliyin sadəcə bədən deyil, ruh sağlamlığına da təsir edə biləcəyini göstərib.

Alimlər hərəkətsizlik və narahatlıq hallarını nəzərdə tutan, ümumilikdə 13 min 470 insanın qatıldığı 9 araşdırmanın nəticələrini dəyərləndirib.

Alimlər saatlarla televizor və ya kompyuter ekranı qarşısında oturmanın yuxu pozğunluqlarına yol açaraq metabolizmə də mənfi təsir göstərdiyini qeyd edib. Onlar həmçinin "tənbəlliyin" cəmiyyət arasına qarışmağın qarşısını aldığı və həyəcan kimi psixi pozğunluqlara zəmin hazırlaya biləcəyi qənaətinə gəlib.

Alimlər hərəkətsiz qalınan müddət nə qədər uzun olarsa, həyəcan hissinin də bir o qədər artdığını vurğulayıb.

Araşdırmanın nəticələri "BMC Public Health" jurnalında dərc olunub. Daha əvvəl aparılan araşdırmalar hərəkətsizliyin diabet, köklük kimi bir çox xroniki xəstəliyə gətirib çıxardığını ortya qoymuşdu.

Amerikalı elm adamlarının bir araşdırması da 3 saatlıq zaman zərfində hər saat 5 dəqiqə gəzməyin qan dövranı və təzyiqə müsbət yöndə təsir etdiyini göstərmişdi.

Dünya Səhiyyə Təşilatı (DST) formada qalmaq və sağlamlığı qorumaq üçün gündə 10 min addım atılmasını tövsiyə edir.

Araşdırmalara görə, müntəzəm idmanla məşğul olmaq döş xərçəngi riskini 39 faiz, bağırsaq xərçəngi riskini 26 faiz, diabet riskini 34 faiz azaldır.

DST-nin yayımladığı Fiziki Aktivlik Hesabatına əsasən, hərəkətsiz yaşam yüksək təzyiq, siqaret və diabetdən sonra ölümə yol açan 4-cü amildir.


Etiketlər:  Hərəkətsizlik psixi pozğunluqlara aça bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ