Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlin ən populyar mahnıları bəlli oldu

İlin ən populyar mahnıları bəlli oldu

Tarix: 2 Dekabr 2021 15:30

"iHeartRadio" 2021-ci ilin ən populyar mahnılarının siyahısını açıqlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu ilin ən çox dinlənilən 10 mahnısını təqdim edir:

10-cu yerdə 660 milyondan çox dinlənilən Olivia Rodriqonun "Drivers license" mahnısıdır.

Bruno Mars, Anderson .Paak və Silk Sonikin "Leave The Door Open" ifası 692 milyon dəfə səsləndirilib və 9-cu pillədə qərarlaşıb.

Castin Biberin "Peaches" adlı mahnısı 696 milyondan çox dinlənilib və 8-ci yerdədir.

7-ci yerin sahibi yenə Olivia Rodriqodur. Onun "good 4 u" mahnısı 733 milyondan çox səsləndirilib.

"What You Know Bout Love" adlı ifayla Pop Smok 6-cı pillədədir. O, 810 milyon civarında dinlənilib.

Son illər yüksəlişdə olan Lil Nas İks "Call me by your name"lə 822 milyon dinlənilərək 5-ci yerdə qərarlaşıb.

4-ci yerdə Doca Kət və Szanın "Kiss me more" dueti yer alıb. Dinlənilmə sayı isə 888 milyondan çoxdur.

3-cü pillədə Airana Qrande ilə "34+35" mahnısı ilə qərarlaşıb. Mahnının 898 milyon səsləndirilməsi var.

Ze Vikend "Save your tears" mahnısı bu il 970 milyon dəfə dinlənilib. O, ikinci yerdədir.

Bu ilin ən çox dinlənilən mahnısı Dua Lipaya məxsusdur. "Levitating" 1 milyard 19 milyonla birinci pillədədir.

Milli.Az


Etiketlər:  İlin ən populyar mahnıları bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ