Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Gözün altında cizgi yalnız robotlarda olmur" - Fotoşopsuz şəkillərini paylaşdı

Tarix: 2 Dekabr 2021 19:05

Xalq artisti Brilliant Dadaşova bir neçə gündür fotoşoplu şəkilləri tənqid etməsi ilə gündəmdən düşmür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu dəfə özünün fotoşopsuz görüntülərini yayıb. O, stilist Elnur Həsənova səslənərək onun şəkillərinə effekt verilməməsini istəyib.

Dadaşova bildirib ki, kompüter vasitəsilə göz altındakı qırışların hamarlaşdırılması düzgün deyil.

"Gözün altında cizgi yalnız robotlarda olmur. Əziz fotoqraflar, bundan sonra gözün altını "retuşla" botoks etməyin. Lazım olsa, həkimlər edər" deyə, müğənni bildirib.

Milli.Az


Etiketlər:  Gözün altında cizgi yalnız robotlarda olmur Fotoşopsuz şəkillərini paylaşdı


RƏYLƏR