Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

IBM şirkəti dünyanın ən güclü kvant prosessorunu yaradıb

IBM şirkəti dünyanın ən güclü kvant prosessorunu yaradıb

Tarix: 2 Dekabr 2021 22:12

IBM şirkəti kvant hesablamaları üçün nəzərdə tutulmuş yeni növ prosessoru yaratdığını elan edib. Şikrətin fikrincə sözügedən prosessor növbəti 2 il ərzində bəzi tapşırıqların yerinə yetirilməsi məsələsində kvant sistemlərinə ənənəvi kompüterləri geridə qoymaqda yardımçı olacaq. IBM bildirib ki, onun yaratmış olduğu Eagle adlı yeni kvant prosessoru 127 kubitə (kvant kompüterində ən kiçik informasiya vahididir və kvant hesablamalarda istifadə olunur) sahibdir. Bu isə onu dünyanın ən güclü kvant prosessoru edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Çində dünyanın ən güclü kvant kompüteri təqdim olunmuşdu və o özündə 55 kubiti birləşdirir.

IBM şirkəti isə Eagle adlı yeni kvant prosessoru barəsində ətraflı məlumat verməyib. Şirkət bildirib ki, Eagle adlı kvant prosessorunun yaradılması zamanı onun öyrənmiş olduğu yeni üsullar nəticədə daha yüksək performanslı prosessorların yaradılmasına imkan verəcəklər. Şirkət 2022-ci ildə 433 kubitə sahib Osprey adlı və 1121 kubitə sahib Condor adlı kvant prosessorlarını təqdim etməyi planlaşdırır. IBM əmindir ki, bu cür prosessorlar onu "kvant üstünlüyü"nə çatdıracaq. "Kvant üstünlüyü" dedikdə kvant kompüterlərin ənənəvi sistemləri geridə qoya biləcəkləri an nəzərdə tutulur.


Etiketlər:  şirkəti dünyanın güclü kvant prosessorunu yaradıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ