Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2021 16:54
"Neftçi"nin bu mövsümdəki qeyri-stabil çıxışını klubun azarkeşləri narazılıqla qarşılayır.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, komandanın Premyer Liqanın XIII turunda "Sumqayıt"la oyundakı çıxışı da tənqid obyektinə çevrilməsinə səbəb olub.
Xüsusən də, "Forza Neftçi" fan-klubu 0:0 hesablı bərabərliyin ardından uğursuzluğun günahını rəhbərlik və baş məşqçi Samir Abasovda görüb. Fan-klubun rəhbəri Sübhan Əliyev "Facebook" səhifəsindəki paylaşımında komandanı bu duruma salanları istefaya səsləyib: "Hamınız istefa verməlisiz, hamınız!!! Klubu bu günə qoyan hər kəsin Allah bəlasını versin".
Fanatlar təcili klubda radikal dəyişikliklərin aparılmasını tələb ediblər. Əks təqdirdə, qeyri-stabil çıxış davam edərsə, azarkeşlər komandadan üz döndərmək, oyunlara getməmək barədə düşünür.
Qeyd edək ki, 13 turdan sonra 21 xal toplayan son çempion turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.