Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2021 19:08
Türkiyədə dekabrın 10-dan etibarən lirənin yenidən dəyər qazanacağı gözlənilir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Qətərə səfəri zamanı 12 yeni müqavilənin imzalanacağı bəlli olub. Razılaşmalardan sonra yüksəlişdə olan dolların məzənnəsinə dekabrın 10-dan etibarən böyük zərbə vurulacağı gözlənilir.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında məzənnə dalğasının tezliklə məqbul səviyyədə olacağını bəyan edib.
Hazırda Türkiyə lideri Qətərdə rəsmi səfərdədir.