Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2021 01:46
Milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı yeni il öncəsi azyaşlı azarkeşlərini sevindirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, klubun fanşopunda Varşava təmsilçisinin bir neçə oyunçusu ilə görüşən uşaqlar əyləncəli vaxt keçiriblər.
Futbolçuların arasında Emreli də olub. Fanatların suallarını cavablandıran 24 yaşlı forvard onlara üzərində öz imzası olan top və forma hədiyyə edib.
Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlindən "Legiya"da çıxış edir.