Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2021 09:46
Dekabrın 6-da Beyləqan rayonunun Baharabad kəndində İbrahimcan Muradovun özünü güllələyərək intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, 1 ay əvvəl yaşla bağlı pensiyaya çıxan 65 yaşlı İ.Muradov ailə üzvləri evdə olmayan vaxt saat 10 radələrində özünü güllələyərək intihar edib.
Bildirilib ki, daha əvvəllər də ailəli olmuş İ.Muradov ikinci evliliyindn olan uşaqları orta məktəbə dərsə göndərib, daha sonra isə onun həyat yoldaşı bazarlıq məqsədilə evdən çıxıb. Bundan sonra, evdə heç kimin olmadığı vaxt 65 yaşlı kişi tüfəngi götürərək özünə atəş açıb və həyatına son qoyub.
Yaxınlarının bildirdiyinə görə, son vaxtlar onun səhhətində problemlər yaranıb və beyinində qan dövranı pozulub. Bu səbəbdən İ.Muradov zəifləyib, hərəkət etməsi çətinləşib.
Faktla bağlı araşdırmalar davam etdirilir.