Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2021 13:54
UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda daha altı qarşılaşma başa çatıb.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, B,C və D qruplarında baş tutan matçlardan sonra turnirin pley-off mərhələsinin sonuncu iştirakçısı, eləcə də Avropa Liqasına vəsiqə qazanan komandaların adlarına aydınlıq gəlib.
B qrupunda şans Madrid "Atletiko"sonun üzünə gülüb. Komanda qrup ikincisi olaraq ÇL-in pley-off mərhələsinə çıxıb.
Həmçinin, Avroliqaya vəsiqəni ötən tur təmin edən "Şerif"in ardından "Borrusiya" (Dortmund) və "Portu"nun da mübarizəni məhz adıçəkilən turnirdə davam etdirəcəyi təsdiqlənib.
"Milan" isə Avrokuboklardakı çıxışını dayandıran "Beşiktaş" və "Şaxtyor"a qoşulub.
UEFA Çempionlar Liqası
VI TUR
B qrupu
"Milan" - "Liverpul" 1:2
"Porto" - "Atletiko" 1:3
C qrupu
"Ayaks" - "Sportinq" 4:2
"Borussiya" - "Beşiktaş" 5:0
D qrupu
"Real" - "İnter" 2:0
"Şaxtyor" - "Şerif" 1:1