Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belarusdan Polşaya qanunsuz keçmək cəhdləri davam edir

Belarusdan Polşaya qanunsuz keçmək cəhdləri davam edir

Tarix: 9 Dekabr 2021 22:52

Miqrantlar Belarusdan Polşa ərazisinə qanunsuz keçmək cəhdlərini davam etdirirlər.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidməti məlumat yayıb. Dekabrın 8-də bu ölkənin Belarusla sərhədini keçməyə 80 cəhd qeydə alınıb. Müdafiə nazirliyinin yaydığı məlumata görə, mühacirlər özlərini aqressiv aparır, əsgərlərə hücum edirlər. 23 miqrant barəsində ölkədən çıxarılma qərarı verilib.

Qeyd edək ki, Polşa-Belarus sərhədində miqrant böhranı noyabrın 8-də, minlərlə qaçqın həmin əraziyə toplaşanda gərginləşib. İl ərzində Polşa sərhədçiləri 40 mindən çox sərhədi qanunsuz keçmə cəhdinin qarşısını alıblar. Bu, ötən illə müqayisədə 400 dəfə çoxdur.


Etiketlər:  Belarusdan Polşaya qanunsuz keçmək cəhdləri davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ