Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bələdiyyə sədri qar yağmasını qadağan etdi - RƏSMİ QƏRAR

Bələdiyyə sədri qar yağmasını qadağan etdi - RƏSMİ QƏRAR

Tarix: 10 Dekabr 2021 11:40

Fransanın En departamentindəki Sedron kommunasının bələdiyyə sədri problemdən maraqlı çıxış yolu tapıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, 800 nəfər əhalisi olan kommunada həddən artıq qar yağıb.

Qar hərəkəti çətinləşdirib, kommunal xidmətlərdə ciddi ləngimə yaranıb. Bələdiyyənin balansındakı yeganə traktorun mühərrikinin sıradan çıxması ilə iş lap çətinləşib. Bələdiyyə sədri isə çıxış yolu kimi kommunaya qar yağmasını qadağan edib.

Bələdiyyənin rəsmi sənədində qarın strukturu təsvir edilir, onun əriyərək insanları islatdığı göstərilir.

Bu yarızarafat qərardan sonra imkanlı şəxslər bələdiyyəyə texnikanın icarəyə götürülməsi üçün kömək edib. Sədr isə bütün Fransada məşhurlaşıb.


Etiketlər:  Bələdiyyə sədri yağmasını qadağan etdi RƏSMİ QƏRAR


RƏYLƏR