Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksikada bara edilən hücum nəticəsində 26 nəfər ölüb

Meksikada bara edilən hücum nəticəsində 26 nəfər ölüb

Tarix: 28 Avqust 2019 22:12

Bakı. Trend:

Meksikanın Verakrus ştatındakı Koatsakoalkos şəhərində olan bara edilən hücumun nəticəsində 26 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə regionun Baş prokurorluğu bildirib.

Məlumata əsasən, ölənlərin sayı 10 nəfər qadın və 16 kişi olmaqla 26 nəfərdir, daha 11 nəfər xəsarət alıb.

Bildirilir ki, hücumda ən azı 10 nəfər iştirak edib.

Verakrus qubernatorun sözlərinə görə, iddia edilən hücumun təşkilatçısının şəxsiyyəti müəyyən edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Meksikada bara edilən hücum nəticəsində nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ