Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhadətnaməsindən narazı olan qazi - VİDEO

Şəhadətnaməsindən narazı olan qazi - VİDEO

Tarix: 10 Dekabr 2021 14:00

Əsgər Səfərov QAZİ verilişinin telefon xəttinə zəng edib problemini deyəndə onu anlamaqda çox çətinlik çəkdim. Müsahibim Vətən Müharibəsində döyüşlərdə yaralanaraq danışıq qabiliyyətini itirib.

Bəli düz eşitdiniz. O, hərbçidir. 2008-ci ildən bəri ordu sıralarında xidmət edib. Xidmət etdiyi dövr ərzində qüsursuz xidmətlərinə görə bir çox medal və fəxri fərmanlara layiq görülüb. Əsgər həmçinin 44 günlük Vətən Müharibəsinin də fəal iştirakçılarındandır. Ötən ilin sentyabrında döyüşlərə qatılıb və tankçı kimi orduda xidmət edib. Oktyabrın 4-də isə Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə yaralanıb.

Tankın partladılması zamanı əsgər içində olmasada ağır yaralanıb və düz 1 ildir ki, müalicə alsa da,görünən o idi ki,çox da xeyri olmayıb.Onu verilişimizə müraciət etməyə sövq edən problemi isə şəhadətnamə ilə bağlıdır. Daha dəqiq desəm,o hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilib, ancaq ailənin dediyinə görə şəhadətnamədə onun səhhətindəki problemlər tam göstərilməyib. Buna görə də Əsgərin yenidən hərbi həkim kommisiyasından keçmək istəyir.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, ailə müsahibimin görməsinin son bir ildə daha da zəiflədiyini düşünürlər. çünki sonuncu müayinədən 1 ilə yaxın vaxt keçib. Buna görə də Əsgər Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müalicə olunub. Nəticəsi isə bu ayın 15-nə kimi məlum olacaq. Səfərovlar ailəsinin müraciəti üzrə Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, əgər vətəndaş şəhadətnamədən narazıdırsa, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətindən göndəriş alaraq Hərbi Hospitala yenidən yaxınlaşa gələ bilər. Bu zaman o Hərbi Həkim Komissiyası tərəfindən yenidən şəhadətləndiriləcək. Bu məlumatdan sonra qazinin atası Mehman əmi ilə əlaqə saxladıq. Bu barədə ona da məlumat verdik. Bildirdi ki,Oftalmologiya Mərkəzindən cavabı aldıqdan sonra Hərbi Həkim Komissiyasına müraciət edəcək. Nəticənin necə olacağını da ondan sonra görəcəyik. Amma biz bununla da kifayətlənmədik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə əlaqə saxladıq.Cavabın niyə bu qədər çox uzanması ilə bağlı məlumat aldıq.Mərkəzdən bildirdilər ki,qazi əlillik qrupunun alınması ilə bağlı müraciət edib və müraciətlərin çoxluğu nəzərə alınaraq ona 14 günə kimi cavab veriləcəyi bildirilib.Ancaq bizim müraciətimizdən sonra bildirdilər ki,cavab artıq hazırdır vətəndaş mərkəzə yaxınlaşaraq nəticəni əldə edə bilər.


Etiketlər:  Şəhadətnaməsindən narazı olan qazi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ