Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bacısı oğlu Gülünü bıçaqlayıb” - Rəmişə görə

“Bacısı oğlu Gülünü bıçaqlayıb” - Rəmişə görə

Tarix: 11 Dekabr 2021 10:10

Əməkdar artist Kübra Əliyeva mərhum gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) və xanımı Gülü Hüseynova ilə bağlı maraqlı faktı açıqlayıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, bu barədə "Tarixin bir günü" proqramında danışıb. K. Əliyeva deyib ki, Gülü Rəmişə görə öz bacısı oğlu tərəfindən bıçaqlanıb:

"Bunu heç yerdə deməmişəm. İlk dəfə danışıram, Gülü məni bağışlasın. Bu sirri saxlamağım bəsdir. O vaxt Gülü Rəmişi görüb, evinə gətirib. Rəmiş də deyib ki, evlənək. Sonra Gülünün bacısı oğlu söyləyib ki, sən bu evi bizə verəcəksən, Rəmiş burada nə gəzir? Elə bu məsələyə görə bacısı oğlu Gülünü bıçaqlayıb. Ona üç-dörd dəfə bıçaq vurub. Qonşu dedi ki, Kübra xanım, xəbəriniz var Gülü xəstəxanadadır? Maşını necə sürdümsə, bir Allah bilir. Çatdım xəstəxanaya, yuxarı mərtəbəyə qalxdım. Həkim məni qarşıladı, dedi, Kübra xanım, hər şey qaydasındadır. Sən demə, Rəmiş Gülünü aparıb ki, işə polis qarışmasın. Tez getdim evlərinə, gördüm ki, Rəmiş oturub, Gülü də yaralı-yaralı ona qulluq edir. Onunla maraqlandım, dedi ki, narahat olma tikiş qoyublar. Sonra məni mətbəxə çağırdı, dedi ki, onun üstünə çox getmə, bir də mənə halallıq ver. Dedim, niyə? Qayıtdı ki, Rəmiş bu evi satmaq istəyir. Mən də söylədim ki, sən on ildir Rəmişi istəyirdin, onu tapmısansa, nə deyir o olsun. Halallıq verdim, Rəmiş evi satdı".


Etiketlər:  Bacısı oğlu Gülünü bıçaqlayıb Rəmişə görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ