Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranda qəzada 23 nəfər xəsarət aldı, sürücü öldü

Lənkəranda qəzada 23 nəfər xəsarət aldı, sürücü öldü

Tarix: 29 Avqust 2019 08:56

Bakı. İlhamə İsabalayeva - Trend:

Lənkəranda baş verən yol nəqliyyat hadisəsi nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən olan məlumata görə, saat 8:30-a olan məlumata əsasən, qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib.

Xəsarət alanların 10-u xəstəxanada müalicəsini davam etdirəcək, digərləri ambulator müalicəyə göndərəiləcək.

Xəstəxanada yerləşdirilən 10 nəfərdən ikisi reanimasiya şöbəsindədir.

Reanimasiya şöbəsinə yerləşdirilən 2 qadından birinin vəziyyəti kritik qiymətləndirilir. Açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır. Reanimasiya şöbəsində müalicə alan digər qadının diaqnozu qapalı kəllə-beyin travması və qabırğa sınığıdır. Onun da vəziyyəti ağırdır. Travmatologiya şöbəsində müalicə alan 8 qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onların həyatları üçün təhlükə yoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Lənkəranda qəzada nəfər xəsarət aldı sürücü öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ