Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmmunitet anadangəlmə və sonradan qazanılmış olur

İmmunitet anadangəlmə və sonradan qazanılmış olur

Tarix: 12 Dekabr 2021 20:51

Payız və qış aylarında istər böyüklər, istərsə də uşaqlar arasında tez-tez qripəyoluxma halları baş verir, soyuqdəymədən əziyyət çəkənlər çoxalır. Çox vaxt da dərman qəbul etmədən xəstəliyin candan çıxmayacağını düşünürlər. Halbuki immun sistemini qorumaq və gücləndirməklə müəyyən xəstəliklərdən yaxa qurtarmaq olar.

Həkimlərin dediyinə görə, immunitet anadangəlmə və sonradan qazanılmış olur. Hər kəs doğulanda onda müəyyən immun reaksiyaları formalaşır və bu, anadangəlmə immunitet sayılır. Qazanılmış immunitet isə orqanizmin illər boyu hər hansı infeksion xəstəliyə qarşı reaksiyasıdır.

Sonxeber.net bildirir ki, pediatr-infeksionist Aytən Ziyadova AZƏRTAC-a deyib: "Hansısa bir xəstəliyə tutulanda immun hüceyrələri nəticəsində həmin infeksiyaya qarşı davamlılıq əmələ gəlir. Qripdə də belədir. Lakin qrip xəstəliyinin törədicisi hədsiz çox olduğuna görə hansısa bir infeksiyaya qarşı immunitet əmələ gəlməsi digər törədicilərə qarşı immunitet əmələ gəlməsinə səbəb olmur və nəticədə dalbadal qrip infeksiyasına yoluxma halları baş verir. Bu, müxtəlif törədicilərlə qrip infeksiyasına yoluxmaq nəticəsində baş verir".

İmmunitetin güclü olmasında ana südünün də çox böyük rolu var. Uşaqlara 2 yaşınadək ana südü verilməsi çox əhəmiyyətlidir. Pediatr-infeksionist bildirib ki, anticisimlərlə zəngin ana südü körpənin ilk peyvəndi sayılır və onu bır sıra xəstəliklərdən qoruyur: "Ana südü sterildir və daim istifadəyə hazırdır. Ana südünün tərkibində olan qidalar, vitamin və minerallar uşağın formalaşmasında və immunitetin əmələ gəlməsində vacib rol oynayır. Ana südünün tərkibində olan həzm fermentləri mübadiləsini normalaşdırır və körpə ana südünü daha yaxşı həzm edir".

Mütəxəssislər deyirlər ki, hər kəs öz immunitetini qaldıra bilər. Normal qidalanma, meyvə və tərəvəzlərə daha çox üstünlük vermək, təmiz havada çox olmaq və idmanla məşğul olmaq müəyyən qədər olsa da, immunitetin möhkəmlənməşinə gətirib çıxarır.


Etiketlər:  İmmunitet anadangəlmə sonradan qazanılmış olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ