Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 09:54
Gəncə şəhərində oğul atasını öldürüb basdırdıqdan sonra onun itkin düşməsi barədə polisə məlumat verib.
Sonxeber.net bildirir ki, dekabrın 10-da Gəncə şəhər sakini Məmmədov Məhəmməd polisə müraciət edərək atası 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşməsi ilə bağlı məlumat verib. O, atasının ruhi-əsəb xəstəsi olduğunu bildirib.
Gəncə Şəhər Baş Polis İdarəsi və Nizami RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxsin yaşadığı evin həyətində basdırılmış meyiti tapılıb. Davam etdirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Azad Məmmədov elə öz oğlu, 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov tərəfindən qətlə yetirilərək basdırılıb.
M.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.