Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“ABŞ Ermənistanın tərəfində 8 dəqiqə döyüşəcək” - İrəvan belə hesab edir

“ABŞ Ermənistanın tərəfində 8 dəqiqə döyüşəcək” - İrəvan belə hesab edir

Tarix: 13 Dekabr 2021 11:50

Bir neçə gün əvvəl ABŞ prezidenti Co Bayden ABŞ-ın Ukraynaya qoşun yeritməyəcəyini açıqlamışdı. Jurnalistlərə danışan Ağ Evin sahibi vurğulamışdı ki, "5-ci maddəyə uyğun olaraq NATO müttəfiqlərimiz hücuma məruz qaldıqları təqdirdə onların qarşısında Birləşmiş Ştatların mənəvi və hüquqi öhdəliyi var. Bu müqəddəs bir öhdəlikdir. Bu öhdəlik Ukraynaya şamil edilmir".

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, Baydenin bu sözləri fonunda Ermənistan nədənsə belə qərara gəlib ki, Rusiyanın Qafqaz regionundan çıxacağı, Azərbaycan və Türkiyə ilə mümkün müharibə olacağı təqdirdə "ABŞ 8 dəqiqə Ermənistanın tərəfində vuruşacaq".

Erməni hüquq müdafiəçisi Avetik İşxanyan özünün "Facebook" səhifəsində buna münasibət bildirib: 

"Bizim "proqressiv" insanlarımızın düşüncəsinə görə, Rusiya regionu tərk edərsə, Ukraynadan fərqli olaraq, NATO-nun üzvü Türkiyə Azərbaycanla birgə bizə hücum edən kimi ABŞ 8 dəqiqə Ermənistanın tərəfində vuruşacaq".


Etiketlər:  ABŞ Ermənistanın tərəfində dəqiqə döyüşəcək İrəvan belə hesab edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ