Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həftəsonu toylarda karantini pozan 19 nəfər cərimələnib

Həftəsonu toylarda karantini pozan 19 nəfər cərimələnib

Tarix: 13 Dekabr 2021 19:08

11-12 dekabr tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 597 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, monitorinq 587 şadlıq sarayında, 10 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 19 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 316 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Milli.Az


Etiketlər:  Həftəsonu toylarda karantini pozan 19 nəfər cərimələnib


RƏYLƏR