Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 08:42
Müqəddəs kitabımız Qurani-Kərimdə bəzi qida maddələri ilə yanaşı bəzi meyvələrin adları qeyd edilir.
Deyerler.org-un verdiyi xəbərdə Qurani-Kərimdə adları qeyd olunan meyvələr və faydaları haqqında məlumat əldə edəcəksiniz.
Xurma palmakimilər sinfinə aid dekorativ yarpaqlı bir palma bitkisidir. Faydaları: Yaddaşa müsbət təsir edir. Bundan başqa xərçəng önləyici, antioksidantla zəngin və ürək dərmanıdır.
Əncir, tərkibində bol miqdardakı liflərlə bədənə daxil olan xolesterinin qana qarışmadan atılmasını təmin edir. Həzmi asanlaşdıran əncirin bədəni bakteriyalara qarşı qoruyan təsirləri də mövcuddur.
Zeytun A, D, E və K vitaminləri baxımından çox zəngindir, eyni zamanda kalsium itkisinin qarşısını alır.
Üzüm bol miqdarda enerji təmin edir, zülal baxımından zəngindir və bol miqdarda lifə malikdir.
Narın tərkibinə bol miqdarda C vitamini, polyfenol, dəmir, kalium daxildir və immunitet sistemini qüvvətləndirir. Həmçinin xolestrol və şəkəri tənzimləyən nar, xərçəng hüceyrələrinin inkişafına mane olur, ürək sağlamlığının qorunmasına da müsbət təsir edir.
Albalı xolestrolu aşağı salmağa kömək edir, həmçinin qanda şəkəri tarazlaşdırır. Revmatizm, "Gut" xəstəliyi, damar sərtliyi kimi xəstəliklərin, bədəndəki ürik turşu və ürat duzlarının atılması ilə inkişafının qarşısını alır. Həzm sistemini tənzimləyir və qəbizliyin qarşısını alır. Böyrəkləri qoruyur və daşların azaldılmasına yardımçı olur.
Banan yeməyimiz üçün bir çox səbəb saymaq olar: böyrəklərə müsbət təsir edir, bağırsaqlara faydalıdır, xərçənglə mübarizədə metobolizmaya kömək edir, həzmə kömək edir, mədə xəstəliklərinə faydalıdır, dəri sağlamlığına ciddi mənada kömək edir. Bununla yanaşı daşıdığı zəngin vitamin və elementlərlə bir çox xəstəliyə qarşı bədəni gücləndirir.