Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cənubi Koreyada karantin tədbirləri gücləndirilir

Cənubi Koreyada karantin tədbirləri gücləndirilir

Tarix: 14 Dekabr 2021 09:02

Pandemiya ilə mübarizə çərçivəsində bir sıra ölkələrdə yeni məhdudiyyətlər qüvvəyə minir. Cənubi Koreyada karantin tədbirləri gücləndirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gündən etibarən, əksər qapalı məkanlara, o cümlədən ictimai iaşə müəssisələrinə daxil olmaq üçün vaksinasiya sertifikatı və ya testin neqativ nəticəsi tələb olunacaq. Ötən həftə qüvvəyə minən sosial məsafə qaydalarına əsasən paytaxtda 6-dan, digər ərazilərdə isə 8-dən çox sakinin bir yerə toplaşmasına icazə verilmir. Karantin məhdudiyyətlərini pozan şəxslər cərimələnəcəklər.

Milli.Az


Etiketlər:  Cənubi Koreyada karantin tədbirləri gücləndirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ