Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tağıyev-Sumqayıt yolu 4 zolaqlı olacaq - VİDEO - FOTO

Tağıyev-Sumqayıt yolu 4 zolaqlı olacaq - VİDEO - FOTO

Tarix: 14 Dekabr 2021 17:26

Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolu 4 zolağa genişləndirilir. Layihə çərçivəsində AAYDA tərəfindən tikinti işlərinə start verilib.

Layihə üzrə H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-25 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndiriləcək.

Artıq marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının inşası işləri sürətlə davam etdirilir.

Yolun 8 km-lik hissəsində yeni yol əsasının alt qatının tikintisi tamamlanıb. Hazırda zəruri materialdan istifadə olunmaqla, yol əsasının alt qatı hazır olan hissələrdə əsasın üst qatı inşa edilir, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının inşası da yekunlaşıb.

Hazırda yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.

Bütün işlər "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən yüksək keyfiyyətlə agentliyin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb olunub.


Etiketlər:  Tağıyev Sumqayıt yolu zolaqlı olacaq VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ