Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 22:26
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 181 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 358 117 nəfərin test edildiyi, 21 477 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 24 042 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 121 935 289 peyvənd tətbiq edilib ki, bunun 91,14 faizi birinci, 82,17 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.