Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avrokuboklarda yeni təqvim – 2022/23 mövsümü

Avrokuboklarda yeni təqvim – 2022/23 mövsümü

Tarix: 16 Dekabr 2021 08:58

Avrokuboklar mövsümünün 2022/23 mövsümünün ilkin təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Çempionlar Liqasında bir, Konfrans Liqasında üç komanda ilə təmsil olunacaq.

Klublarımız üçün püşkatma və oyunların tarixləri müəyyənləşib. Yalnız 2022-ci ilin son püşkatmasının dəqiq günü bilinmir.

Qarşıdakı mövsüm fərqli təqvimlə keçiriləcək. Belə ki, Qətərdəki dünya çempionatının noyabr-dekabr aylarında baş tutması avrokuboklara da təsir edəcək. Noyabrın əvvəlində qrup mərhələsi başa çatacaq və üç aydan uzun sürən fasilə yaşanacaq.

2022-ci il
7 iyun - ilkin mərhələnin püşkatması (ÇL)
14-15 iyun - I və II təsnifat mərhələlərinin püşkatması (ÇL, KL)
21 iyun - ilkin mərhələ, yarımfinal (ÇL)
24 iyun - ilkin mərhələ, final (ÇL)
5-6 iyul - I təsnifat mərhələsi, ilk oyunlar (ÇL)
7 iyul - I təsnifat mərhələsi, ilk oyunlar (KL)
12-13 iyul - I təsnifat mərhələsi, cavab oyunları (ÇL)
14 iyul - I təsnifat mərhələsi, cavab oyunları (KL)
18 iyul - III təsnifat mərhələsinin püşkatması (ÇL, AL, KL)
19-20 iyul - II təsnifat mərhələsi, ilk oyunlar (ÇL)
21 iyul - II təsnifat mərhələsi, ilk oyunlar (KL)
26-27 iyul - II təsnifat mərhələsi, cavab oyunları (ÇL)
28 iyul - II təsnifat mərhələsi, cavab oyunları (KL)
1 avqust - pley-off mərhələsinin püşkatması (ÇL, AL, KL)
2-3 avqust - III təsnifat mərhələsi, ilk oyunlar (ÇL)
4 avqust - III təsnifat mərhələsi, ilk oyunlar (AL, KL)
9 avqust - III təsnifat mərhələsi, cavab oyunları (ÇL)
10 avqust - UEFA Superkuboku
11 avqust - III təsnifat mərhələsi, cavab oyunları (AL, KL)
16-17 avqust - Pley-off mərhaləsi, ilk oyunlar (ÇL)
18 avqust - Pley-off mərhələsi, ilk oyunlar (AL, KL)
23-24 avqust - Pley-off mərhələsi, cavab oyunları (ÇL)
25 avqust - Pley-off mərhələsi, cavab oyunları (AL, KL)
25 avqust - qrup mərhələsinin püşkatması (ÇL)
26 avqust - qrup mərhələsinin püşkatması (AL, KL)
6-7 sentyabr - qrup, I tur (ÇL)
8 sentyabr - qrup, I tur (AL, KL)
13-14 sentyabr - qrup, II tur (ÇL)
15 sentyabr - qrup, II tur (AL, KL)
4-5 oktyabr - qrup, III tur (ÇL)
6 oktyabr - qrup, III tur (AL, KL)
11-12 oktyabr - qrup, IV tur (ÇL)
13 oktyabr - qrup, IV tur (AL, KL)
25-26 oktyabr - qrup, V tur (ÇL)
27 oktyabr - qrup, V tur (AL, KL)
1-2 noyabr - qrup, VI tur (ÇL)
3 noyabr - qrup, VI tur (AL, KL)
Noyabr - 1/8 final (ÇL), pley-off (AL, KL) püşkatması

2023-cü il
14-15, 21-22 fevraı - 1/8 final, ilk oyunlar (ÇL)
16 fevral - pley-off, ilk oyunlar (AL, KL)
23 fevral - pley-off, cavab oyunları (AL, KL)
25 fevral - 1/8 finalın püşkatması (AL, KL)
7-8, 14-15 mart - 1/8 final, cavab oyunları (ÇL)
9 mart - 1/8 final, ilk oyunlar (AL, KL) 
16 mart - 1/8 final, cavab oyunları (AL, KL)
17 mart - 1/4, 1/2, finalın püşkatması (ÇL, AL, KL)
11-12 aprel - 1/4 final, ilk oyunlar (ÇL)
13 aprel - 1/4 final ilk oyunlar (AL, KL)
18-19 aprel - 1/4 final cavab oyunları (ÇL)
20 aprel - 1/4 final cavab oyunları (AL, KL)
9-10 may - 1/2 final, ilk oyunlar (ÇL)
11 may - 1/2 final ilk oyunlar (AL, KL)
16-17 may - 1/2 final cavab oyunları (ÇL)
18 may - 1/2 final cavab oyunları (AL, KL)
31 may - final (KL)
7 iyun - final (AL)
10 iyun - final (ÇL)

Milli.Az


Etiketlər:  Avrokuboklarda yeni təqvim 202223 mövsümü


RƏYLƏR