Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 19:09
Bir müddətdir ki, koronavirusa yoluxan Xalq artisti, diktor Eldost Bayramlıdan xəbər var.
Sonxeber.net xəbər veri ki, E.Bayramlının həyat yoldaşı Minarə Bayramova moderator.az-a açıqlamasında həyat yoldaşının səhhətinin artıq yaxşıya doğru getdiyini bidirib:
"Eldost müəllim evdə müalicələrini davam etdirir. Nisbətən yaxşıdır. Koronavirusa və bir də ki, ciyərindəki problemlərə görə müalicə olunur. Həkimlərimizə minnətdaram. Şükür Allaha ki, indi yaxşıdır. Amma o durumda deyil ki, danışa bilsin, dərmanların təsiri canından çıxmayıb.
Koronavirusa qəfil yoluxdu. Bir az temperaturu oldu, təcili tibbi yardıma zəng vurduq və analiz verəndən sonra məlum oldu ki, koronavirusa yoluxub. Heç işə də çox getmirdi, ancaq çəkiliş olanda gedirdi. Bir ay Zığda müalicə olundu. Orda da çox sağ olsunlar yaxşı baxdılar. Baş həkim Kamal bəyə və Üzeyir həkimə minnətdarıq. Evdə də deyir ki, həkimlər mənə çox diqqət edirdilər. Mən də deyirəm ki, onlar bilirlər də sən Eldost Bayramlısan".