Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktyor təcavüzdə günahlandırıldı - İki qadın birdən etiraf etdilər

Məşhur aktyor təcavüzdə günahlandırıldı - İki qadın birdən etiraf etdilər

Tarix: 17 Dekabr 2021 11:02

"Sex and the City kult serialında "Böyük Cənab" obrazı ilə tanınan Hollivud aktyoru Kris Not zorlamada ittiham olunub.

Sonxeber.net xəbər verir ki, bu barədə The Hollywood Reporter məlumat yayıb. Bir-biri ilə şəxsən tanış olmayan iki qadın nəşrə Kris Notun onları 2004 və 2015-ci illərdə zorladığını bildirib. Biri Notun müştəri olduğu firmada işləyib. Onun sözlərinə görə, bir dəfə onu mənzilinə dəvət edib, soruşmadan əvvəl onu öpüb, sonra isə zorlayıb. Sonra xəstəxanaya getməli olub.

İkinci qadın Not ilə ofisiant işlədiyi klubda tanış olduğunu bildirib. O, ona aktrisa Tara Uilsonla evliliyinin uydurma olduğunu iddia edib, sonra isə onu mənzilinə dəvət edib. Not bu ittihamların yalan olduğunu iddia edir. "Mən bu insanlarla illər, hətta onilliklər əvvəl tanış olmuşam. Görüşlər qarşılıqlı razılaşma əsasında olub. Bu hekayələrin niyə indi ortaya çıxdığını dəqiq bilmirəm, amma bir şeyi bilirəm: mən bu qadınlara hücum etməmişəm" deyib.

Anar Əli


Etiketlər:  Məşhur aktyor təcavüzdə günahlandırıldı İki qadın birdən etiraf etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ