Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərzaq məhsulları bahalaşır - Qiymət artımını necə minimuma endirmək olar? - VİDEO

Ərzaq məhsulları bahalaşır - Qiymət artımını necə minimuma endirmək olar? - VİDEO

Tarix: 17 Dekabr 2021 15:38

Əvvəlki illərə nisbətən bu il ərzaq məhsullarının qiymətində daha çox artım müşahidə edilir.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 10 ayında inflyasiya 6,2 faiz olub. Bu, 2017-ci ildən sonra ən yüksək illik rəsmi inflyasiya göstəricisidir.

Vüqar Bayramov qiymət artımını dünya bazarındakı vəziyyətlə əlaqələndirib.

Millət vəkili rəsmi rəqəmlərə əsasən bildirib ki, inflyasiya ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz olub. Noyabrda qiymət səviyyəsi əvvəlki ilin eyni ayı ilə müqayisədə 11,1 faiz çox olub.

Vüqar Bayramovun fikrincə, inflyasiya rəqəmi onu göstərir ki, istehlak bazarında qiymətlərin optimallaşdırılması üçün daxili təklifin artırılması və fermerlərin paytaxt bazarlarına çıxışının təşviq edilməsinə ehtiyac var.

O, yerli istehsalın artırılmasını olduqca vacib hesab edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Ərzaq məhsulları bahalaşır Qiymət artımını necə minimuma endirmək olar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ