Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Telefon ustası, yoxsa dələduz? - Telefonunu geri ala bilmir - VİDEO

Telefon ustası, yoxsa dələduz? - Telefonunu geri ala bilmir - VİDEO

Tarix: 17 Dekabr 2021 16:08

Mobil telefonunu 5 ay əvvəl təmirə verən paytaxt sakini Elnur Quliyev indi onu geri ala bilmir. Bununla bağlı "Xəzər Xəbər"in vatsap nömrəsinə şikayət daxil olub. 

Milli.Az Xezerxeber.az-a istinadən bildirir ki, zərərçəkən Elnur Quliyev iddia edir ki, mobil telefonunda yaranan nasazlıq səbəbindən onu "Neftçilər" metrostansiyası yaxınlığındakı servislərdən birinə təmirə verib. Üstəlik, ustaya 150 manat pul verib. Növbəti gün hazırlanmalı olan telefondan hələ də xəbər yoxdur.

Zərərçəkən Elnur Quliyev hadisə ilə bağlı artıq 25-ci polis bölməsinə şikayət edib. Bölmədən ona bildirilib ki, sözügedən şəxs barəsində başqa müraciətlər də daxil olub.

Məsələni yerində araşdırmaq üçün həmin servisə getdik. Amma orada İntiqam adlı həmin ustanın iki ay əvvəl işdən çıxdığı deyildi. O da bildirildi ki, İntiqamdan şikayət edən tək Elnur Quliyev deyil.

Adı dələduzluqda hallandırılan şəxsin özü ilə əlaqə saxlamaq cəhdlərimiz isə uğursuz oldu.

Hüquqşünas Cavid Cəfərov deyir ki, belə hallarla üzləşməmək üçün ustadan qəbz tələb olunmalı idi.

Məsələyə Daxili İşlər Nazirliyindən də münasibət bildirilib.

Hazırda fakt üzrə araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Telefon ustası yoxsa dələduz Telefonunu geri ala bilmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ