Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər şey üç saniyədə oldu...

Hər şey üç saniyədə oldu...

Tarix: 18 Dekabr 2021 01:34

Xəstəxanadan evə buraxılan müğənni Gülçin Ergül sevgilisini itiridiyi dəhşətli qəzadan danışıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi həyatında yaşa biləcəyi ən pis hadisənin başına gəldiyini söyləyib:

"İşlərim üçün İstanbula gedirdik. Erdal mənimlə birlikdə idi. Qəzadan qısa müddət əvvəl mənə çox gözəl sözlər dedi. Həmişə onları fikirləşirdim. O qədər xoşbəxt idim ki, maşında mahnı oxuyurdum. Hər şey üç saniyədə oldu, bitdi. Bəli, cismən yaşayır. Amma həyat yoldaşımı, mələyimi, digər yarımı itirdim".

Sənətçi evə buraxılan kimi İzmirə sevgilisinin ailəsinin yanına getdiyini deyib:

"Onlar mənim ailəmdir. Bir-birimizı dəstək oluruq. Bu gün də sevgilimin məzarını ziyarət etdim. Bir daha sarsıldım, çünki öldüyünə inana bilmirdim. Bu pis yuxudur. Mən yaxşıyam, müalicəm davam edir. Mələyimin acısının yanında mənim ağrılarım heçdir. Çox yorğunam, gözlərimin işığı söndü. Acımın izahı yoxdur".

Qeyd edək ki, G. Ergül və sevgilisi Erdal Şeyda Lafçı bir neçə gün öncə Balıkesirdə qəzaya düşüb.


Etiketlər:  Hər şey üç saniyədə oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ