Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 08:08
Birləşmiş Krallıqla Avstraliya arasında imzalanan azad ticarət sazişi hər 2 tərəfin qarşılıqlı güzəştlərini nəzərdə tutur.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, yeni qanun Krallığın Asiya-Sakit Okean regionunda daha geniş iştirakına imkan verəcək.
Sənədi Britaniyanın Baş naziri Boris Conson və onun avstraliyalı həmkarı Skot Morrison imzalayıblar. Bu, Londonun Breksitdən sonra imzaladığı ən böyük sazişdir.
Yeni sənədə görə, ölkələr arasında ticarət dövriyyəsi 10 milyard funt sterlinq artırılacaq və bunlar bütövlükdə gömrük rüsumundan azad olacaq
Böyük Britaniya artıq Yaponiya və Yeni-Zelandiya ilə oxşar saziş imzalayıb. Avropa İttifaqı ilə saziş yeniləndikdən sonra ittifaqa üzv olmayan Norveç, İslandiya və Lixtenşteynlə analoji sənədlər imzalanıb. Hindistan və 6 körfəz ölkəsi ilə müvafiq müqavilələrin hazırlanması üçün danışıqlar ötən həftə başlayıb.