Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanalizasiyada yığılmış qaz partladı - Ölənlərin sayı 16 nəfərə çatıb - YENİLƏNİB

Kanalizasiyada yığılmış qaz partladı - Ölənlərin sayı 16 nəfərə çatıb - YENİLƏNİB

Tarix: 18 Dekabr 2021 18:18

--------

18:16

Pakistanın cənubundakı Karaçi şəhərində binada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış özəl bank binasında baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn mütəxəssislər partlayışın səbəblərini araşdırırlar. Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, bundan əvvəl Pakistan polisi özünün tvitter səhifəsində 10 nəfərin ölməsi barədə məlumat verib.

"Geo News" telekanalı isə bildirib ki, partlayış qaz sızmasından baş verə bilər.

-------

15:24

Pakistanda partlayış olub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, hadisə Karaçi vilayətində baş verib.

Partlayış nəticəsində ən az 10 nəfər ölüb, 13 nəfər yaralanıb.

Məlumata görə, kanalizasiyada yığılmış qazın alovlanması partlayışa səbəb olub.


Etiketlər:  Kanalizasiyada yığılmış partladı Ölənlərin sayı nəfərə çatıb YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ