Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məryəm Üzərli aktrisa yoldaşlarına hörmətsizlik edib?'' - ''Sümbül Ağa''dan etiraf - FOTO

''Məryəm Üzərli aktrisa yoldaşlarına hörmətsizlik edib?'' - ''Sümbül Ağa''dan etiraf - FOTO

Tarix: 18 Dekabr 2021 16:24

2011-2014-cü illərdə yayımlanan məşhur "Muhteşem Yüzyıl"da "Sümbül Ağa" obrazını canlandıran Selim Bayraktar keçmiş həmkarı Məryəm Üzərli barədə danışıb.

Sonxeber.net türk mediasına istinadən xəbər verir ki, aktyor etiraf edib ki, aktrisa həqiqətən də "tükənmişlik sindromu" olduğu səbəbilə serialdan qəfil ayrılıb. "O zaman aktrisa yoldaşlarına hörmətsizlik etdimi?" sualına "Məryəmin nələr yaşadığını bilmirik. Bundan sonra onların dostluğu davam etdi, biz də bir-birimizi görürük. Şəxsi həyatda çox ciddi bir şey yaşayıbsa, onu ruhdan saldığına inanmıram. Çox hər kəsin başına dərin, çox ağır şeylər gələ bilər" deyib.

Səlim Bayraktar eyni zamanda gözəllik yarışmalarından çıxan aparıcı aktyorlarla bağlı suala "Təbii ki, gözəl qadınlar və ya gözəl kişilər lazımdır. Onlar özlərini inkişafa həsr etməlidirlər, dayanmamalıdırlar" cavabını verib.

Anar Əli


Etiketlər:  Məryəm Üzərli aktrisa yoldaşlarına hörmətsizlik edib Sümbül Ağadan etiraf FOTO


RƏYLƏR