Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Omicron iştahasızlıq yaradır - VİDEO

Omicron iştahasızlıq yaradır - VİDEO

Tarix: 19 Dekabr 2021 10:12

"İştahasızlıq Omicron ştamı ilə yoluxmanın simptomlarından biri ola bilər".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Britaniyanın "Daily Express" nəşri ZOE tibb şirkətinin mütəxəssisləri və London Kral Kollecinin analitiklərinin araşdırmasına istinadən məlumat yayıb.

Mütəxəssislər burun axması, baş ağrısı, yorğunluq, asqırma və boğaz ağrısını Omicron ştamı infeksiyasının ən çox müşahidə edilən simptomları ilə əlaqələndiriblər.

Tədqiqatçılar bildirib ki, yeni növə yoluxanların yalnız 50%-i koronavirusun klassik simptomları hesab edilən qızdırma, öskürəkdən şikayətlənib.

Elm adamları, həmçinin, koqnitiv disfunksiyanı qeyri-adi simptomlar kimi sıralayıblar ki, bu da tez-tez Omicrona yoluxmuş insanlarda baş verir.


Etiketlər:  Omicron iştahasızlıq yaradır VİDEO


RƏYLƏR