Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

MediaTek dünyanın ilk 4 nanometrlik prosessoru olan Dimensity 9000-i təqdim edib

MediaTek dünyanın ilk 4 nanometrlik prosessoru olan Dimensity 9000-i təqdim edib

Tarix: 19 Dekabr 2021 19:12

MediaTek şirkəti Dimensity 9000 adlı yeni flaqman prosessorunu təqdim edib. Yüksək səviyyəli performansdan əlavə olaraq sözügedən prosessor yeni naqilsiz şəbəkə standartlarının, 320 MP-ə kimi kamera obyektivlərinin və geniş qrafik imkanların dəstəklərini əldə edib. MediaTek Dimensity 9000 prosessoru Arm v9 mikroarxitekturasının bazası əsasında hazırlanıb və o, dünyanın ilk 4 nanometrlik prosessorudur. Bu prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal edilib. Beləliklə Dimensity 9000 modeli özündə 3.05 GHz tezlikdə çalşan 1 ədəd yüksək performanslı Cortex-X2 nüvəsini, 2.85 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A710 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 enerji effektivliyi nüvəsini birləşdirir.

Prosessorun qrafik özəlliklərindən 10 nüvəli Arm Mali-G710 qrafik çipi cavabdehdir. Bundan əlavə olaraq prosessorun qrafik çipi süni zəka tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş 6 ədəd ayrıca nüvəyə sahibdir. API Vulkan əsasında olan mobil oyunlar və digər tətbiqlər üçün ray tracing texnologiyasının dəstəyi mövcuddur. Onu da qeyd etmək lazımdır ki, MediaTek-in yeni prosessoru bazarda 320 MP-lik kameralar ilə yeni Bluetooth 5.3 standartının dəstəyinə sahib ilk prosessordur. Prosessora həmçinin 3GPP Release 16 texniki özəlliklərinin dəstəyinə sahib 5G modem inteqrasiya edilib.

Dimensity 9000 prosessorunda Wi-Fi 6E standartının dəstəyi də reallaşdırılıb. Prosessorun daha bir özəlliyi ondan ibarətdir ki, o, LPDDR5X standartlı RAM yaddaşlarını dəstəkləyir. Analitiklərin fikirlərinə əsasən MediaTek Dimensity 9000 modeli Qualcomm-un yaxın zamanda təqdim edəcəyi flaqman prosessor ilə rəqabət apara biləcək. Dimensity 9000-ə gəldikdə isə ona sahib ilk smartfonlar 2022-ci ilin birinci rübündə təqdim olunacaqlar.

Milli.Az


Etiketlər:  MediaTek dünyanın ilk 4 nanometrlik prosessoru olan Dimensity 9000 i təqdim edib


RƏYLƏR