Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2021 20:27
Asqırmaq insanın özündən asılı olmadan baş verən baş verən bir prosesdir. Onun qarşısını almaq isə mümkün deyil.
Asqırmaq bəzi xəstəliklərin əlaməti olmaqla yanaşı, həm də ətrafa mikroblar ötürür.
Ancaq asqırmaqla bağlı alimlərin bir sıra maraqlı açıqlamaları da var. Bəzi alimlərin araşdırmalarına görə asqırma zamanı ani olaraq beyin hüceyrələri işləmir. Bu səbəbdən uzun müddət, ardıcıl asqırmaq ölümə gətirib çıxara bilər.
İctimai yerlərdə bəzən olur ki, şəxs asqırma zamanı güclə də olsa özünü saxlamağa çalışır. Ancaq bunun ziyanlarından xəbəri olmur. Hətta belə vəziyyətdə ürək dayanması, ölüm hadisələrinin baş verə biləcəyi iddia olunur.
Daha bir fakt isə xəstələrin asqırdıqdan sonra ağrılarının yüngülləşdiyini deməsidir. Ancaq həkim terapevtlər bu fikirlərlə razı deyillər.
Terapevt Elnur Süleymanlı Modern.az-a açıqlamasında bildirdi ki, asqırma zamanı onu saxlamağa çalışmaq çox ciddi fəsadlara yol açır:
"Qətiyyən asqırma zamanı onu dayandırmaq, saxlamaq olmaz.Asqırma orqanizmin hansısa yad cismə qarşı verdiyi reaksiyasıdır.Asqırmanın qarşısını alan zaman baş verən fəsadlar arasında əsasən qulaq pərdəsinin zədələnməsi, burunda qanaxma, görmənin itməsi, baş ağrısı və qan damarlarının partlaması kimi hallardır.Ona görə qəti şəkildə olmaz".
Elnur Süleymanlının sözlərinə görə, asqırma yolu ilə hər hansı ağrının aradan qalxması fikri sadəcə deyimdir: "Asqırma prosesinin bir neçə faydası var. Bu proses orqanizmi qoruyur və immun prosesinin əsasını təşkil edir. Asqırmaq, yuxarı tənəffüs yollarından bakteriyalar və yad cisimlərin qovulmasını təmin edir. Amma hər hansı ağrını azaltması ilə bağlı fikirlər yanlışdır"
Həkim terapevt Mətanət Cəfərova bildirdi ki, asqırma zamanı onu tutub saxlamaq ölümə səbəb ola bilməz:
"Asqırmaq orqanizmin qıcıqlandırıcı maddələr və hər hansı allergiyaya qarşı müdafiə reaksiyasıdır. Asqırmaq bir refleksdir və bunu saxlamaq mümkün deyil.
Asqırmağı saxlamağa çalışdıqda qulaq pərdəsi zədələnə bilər, bundan başqa bədəndən xaric olmalı olan mikrob bədəndə qala bilər. Burun-qan damarları partlaya bilər. Ancaq ürəkdayanma kimi bir fəsad ola bilməz. Ölüm hadisəsinə isə gətirib çıxara bilməz".