Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb

Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb

Tarix: 20 Dekabr 2021 10:09

Prezident İlham Əliyev "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fərmanla "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454; 2019, № 4, maddə 640; 2020, № 11, maddə 1361) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

1.1. 1.1-ci bənd üzrə:

1.1.1. 1.1.1-ci yarımbənddə "130" rəqəmləri "180" rəqəmləri ilə əvəz edilsin;

1.1.2. 1.1.2-ci yarımbəndin ikinci abzasında "150" rəqəmləri "220" rəqəmləri ilə, üçüncü abzasında "130" rəqəmləri "180" rəqəmləri ilə, dördüncü abzasında "110" rəqəmləri "120" rəqəmləri ilə əvəz edilsin;

1.1.3. 1.1.3-cü yarımbəndin ikinci abzasında "150" rəqəmləri "220" rəqəmləri ilə, üçüncü abzasında "130" rəqəmləri "180" rəqəmləri ilə, dördüncü abzasında "110" rəqəmləri "120" rəqəmləri ilə əvəz edilsin;

1.1.4. 1.1.4-cü yarımbəndin ikinci abzasında "150" rəqəmləri "220" rəqəmləri ilə, üçüncü abzasında "130" rəqəmləri "180" rəqəmləri ilə, dördüncü abzasında "110" rəqəmləri "120" rəqəmləri ilə əvəz edilsin;

1.1.5. 1.1.5-ci yarımbənddə "150" rəqəmləri "200" rəqəmləri ilə əvəz edilsin;

1.1.6. 1.1.6-cı yarımbənddə "80" rəqəmləri "100" rəqəmləri ilə əvəz edilsin;

1.1.7. 1.1.8-ci yarımbənddə "100" rəqəmləri "120" rəqəmləri ilə əvəz edilsin;

1.1.8. 1.1.9-cu yarımbənddə "100" rəqəmləri "120" rəqəmləri ilə əvəz edilsin;

1.1.9. 1.1.10-cu yarımbənddə "55" rəqəmləri "70" rəqəmləri ilə əvəz edilsin;

1.1.10. 1.1.12-ci yarımbəndin 1-ci abzasında "160" rəqəmləri "200" rəqəmləri ilə, 2-ci abzasında "480" rəqəmləri "600" rəqəmləri ilə əvəz edilsin;

1.2. 1.2-ci bənd üzrə:

1.2.1. 1.2.2-ci yarımbənddə "200" rəqəmləri "300" rəqəmləri ilə əvəz edilsin;

1.2.2. 1.2.3-cü yarımbənddə "300" rəqəmləri "350" rəqəmləri ilə əvəz edilsin.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.


Etiketlər:  Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ